Qələbə xəbərinin müjdəçisi olmaq! - Mətanət Əsgərqızı yazır

13.02.2017 18:27     A-reaksiya     1869

Düz 61 il öncə ölkəmizin həyatında çox böyük hadisə baş verdi.  1956-cı il fevral ayının 14-də  Azərbaycan Televiziyası fəaliyyətə başladı. Həmin dövrdə insanların ağına belə gəlməzdi ki, sonralar özlərini televiziyasız təsəvvür edə bilməyəcəklər. Azərbaycan Televiziyası tarixin çox hadisələrinə şahidlik etdi. Azərbaycan insanına sevinc də kədər də çatdırdı.

 «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti ölkəmizin ən qocaman televiziya və radio qurumudur. 2007-ci il Azərbaycan Televiziyası üçün yeniliklər ili oldu.Ciddi kadr islahatları aparıldı, yeni proqramlar, verilişlər, tamaşalar meydana gəldi, gənc aparıcı və reportyorlar müsabiqə yolu ilə işə cəlb edildilər. Planlı şəkildə kanalın infrastrukturuna kapital qoyuldu. Azərbaycan Televiziyasında son illər həyata keçirilən islahatlar nəticəsində studiyalar yenidən quruldu. Yeni montaj otaqları yaradıldı.Müasir texnologiya tətbiq edildi. Hər bir əməkdaşın məhsuldar işləməsi üçün cür şəraİt yaradıldı.Əsaslı təmir işləri aparıldı. Bu gün efir intizamının yüksəlməsi, informasiya siyasətinin təkmilləşdirilməsi,proqram tərtibindəki yeniliklər islahatların uğurlarından xəbər verir.

         Hazırda Azərbaycan Televiziyasının strukturu belə formalaşıb: “Xəbərlər” informasiya proqramları studiyası,Baş Proqram Direktorluğu,Hüquq departamenti,Mətbuat xidməti,İctimai-Siyasi Proqramlar redaksiyası, «Ədəbi-dram verilişləri» redaksiyası, Musiqi və əyləncəli proqramlar redaksiyası, Maarifçilik redaksiyası,Uşaq və Gənclik Proqramları redaksiyası,“Hərbi-vətənpərvərlik” baş redaksiyası, «Səhər» musiqi-informasiya proqramı,«Azərbaycantelefilm» Yaradıcılıq Birliyi,  Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evi, Musiqi kollektivləri.

          Böyük tarixi  yol keçən Azərbaycan Televiziyası  milli-mənəvi dəyərlərimizin qorunub-saxlanması baxımından əvəzsiz rola malikdir.O hər gün gözümüzün qarşısında yenilənir.Yəqin razılaşarsız ki, Azərbaycan Televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb. Məhz bu televiziyanın məktəbindən keçmiş kadrlar bu gün ölkə televiziyalarının 90% kadr potensialını təşkil edir.

        Azərbaycan Televiziyasının auditoriyası böyükdü. Hazırda bu televiziyanın yayımladığı verilişlərə nəinki Azərbaycanda , həmçinin dünyanın bir çox ölkələrində də baxa bilirlər. Azərbaycan Televiziyasının Türkiyə, Rusiya, Ukrayna, Iran, Kanada, Özbəkistan,Qazaxıstan ,Ərəb ölkələri və Şimali Afrika  bürosu , müxbir məntəqələri fəaliyyət göstərir.

        Azərbaycan Televiziyası həm rəsmi xəbərin ilk qaynaqdan çatdırılmasında,ölkənin ictimai-siyasi, sosial həyatının ən aktual problemlərin həllində,eləcə də tariximizin,elmimizin, mədəniyyətimizin,idmanımızın təbliğində, vətəndaşlarımızın maarifləndirilməsində böyük rola malikdir.

İstər “İdman Azərbaycan” kanalında, istərsə də “Mədəniyyət” kanalında tamaşaçıya təqdim deilən verilişlər, populyarlıq qazanmış məşhur “Səs”   layihəsinin Azərbaycanda keçirilməsi cəsarət və böyük peşəkarlıq tələb edirdi. Azərbaycan Televiziyası bunların öhdəsindən gələ bildi.
      Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə muğam müsabiqəsinin təşkil edilməsi və Azərbaycan Televiziyasının vasitəs ilə dunyaya çatdırılması milli dəyərlərə hörmətin nümunəsi idi.
       Azərbaycan Televiziyasının əldə etdiyi uğurlardan biri də Prezident İlham Əliyevin  göstərdiyi diqqət və qayğını peşəkar şəkildə xalqa təqdim etməsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmanımıza göstərdiyi diqqət və qayğının təbliğ olunması , peşəkarların yetişdirilməsi, xüsusilə müxtəlif idman yarışlarında şərhçilərin təqdimatı məsuliyyətdən və ciddi işdən xəbər verir.

     İstedadlı gənclərin intellektual səviyyələrinin ortaya çıxardılması  Azərbaycan Televiziyası rəhbərliyinin bu sahədə böyük təcrübəsindən və peşəkarlığından qaynaqlanaraq onlara qayğının nümunəsidi. Son dövrlər  Azərbaycan Televiziyasında aparılan gəncləşdirmə siyasəti, televiziya verilişlərinin yeni ruhda təqdim olunması tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır. Kollektivdə çalışan gənclərin qayğıyla əhatə olunması, onların peşəkarlıq səviyyəsinin artırılması, gələcək mütəxəssislərin hazırlanması Televiziya rəhbərliyinin qarşıya qoyduğu əsas məqsədlərdəndir.

         Ana Televiziyamız haqqında dediklərimiz çox azdı.Amma bizcə müəyyən dövrdə görülən işləri əhatə etdi. Azərbaycan Televiziyasının yaranması günü ilə bağlı Qeyri Hökumət Təşkilatı rəhbərləri arasında sorğu keçirildi.Yəqin Azərbaycan Televiziyası barədə onların fikirləri maraqlı olar.Onları sizə təqdim edirik:
    Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev: Azərbaycan Televiziyasının salnaməsini vərəqləsək səhifələrində tariximizin izlərini  görərik. Son zamanlar AZTV-nin efirini bir-birindən maraqlı, rəngarəng verilişlərin bəzəməsi bu ənənənin bu gün uğurla davam və inkişaf etdirilməsindən xəbər verir. Azərbaycan Televiziyası həm rəsmi xəbərin ilk qaynaqdan çatdırılmasında, ölkənin ictimai-siyasi, sosial həyatının ən aktual problemlərin həllində, eləcə də tariximizin,elmimizin, mədəniyyətimizin,idmanımızın təbliğində, vətəndaşlarımızın maarifləndirilməsində böyük rola malikdir.
 Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov: AZ TV Mənim üçün fərqli televiziyadır. Bu televiziyada Əxlaqi dəyərlərin qorunması, milli mədəniyyətimizin təbliği gözəl təşkil olunub. Vətənpərvərlik baxımından da verilişlər çox maraqlıdı. Bayağılıq və şou xarakterli verilişlərin olmaması bu televiziyanı mənə sevdirir

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  "Vətəndaş cəmiyyəti" jurnalının baş redaktoru  Səfər Alışarlı: AZ TV məktəbdir. Onun öz ənənələri, informasiya yayımına və sənətə münasibətdə klassik mövqeyi var. AZ TV hər zaman dövlətçilik prinsiplərini dəstəkləyib. Son on ildə bu televiziyanın proqram rəngarəngliyini, hadisələrə çevik və hərtərəfli münasibətini, eləcə də keyfiyyətli dalğa yayımını xüsusilə qeyd etmək lazımdır. AZTV-nin veriliş və reportajlarında təsvir və mətn qüsuru tapmaq faktiki olaraq mümkün deyil. Redaktor və rejissor işi mükəmməldir. Bu televiziyadakı bütün başqa proqramlar kimi, hərb-vətənpərvərlik verilişləri də əsasən strateji hədəflərə tuşlanıb. Yayımlanan maarifləndirici proqramlar müasir gəncliyin sağlam ictimai-siyasi tərbiyəsinə, vətənə və dövlətə bağlılıq hislərinin möhkəmləndirilməsinə layiqli töhfələr verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri  Rufiz Qonaqov: AZTV bizim milli sərvətlərimizdəndir. İlk televiziyamız olan AZ TV ölkəmizin efir məkanı üçün həmdə bir nümunədir. Proqramlar tam müasir standartlara uyğun hazırlanır , reallığı əks etdirir və tamaşaçıların zövqünə uyğun bütün sahələri əks etdirir.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru  İlqar Orucov: İlk efir yayımçımız olan Azərbaycan Televiziyası olduqca şərəfli bir yol keçmişdir. Bu gün də bu televiziya digər televiziyalar üçün bir məktəb rolunu oynamaqdadır. AZ TV dövlət televiziyası olaraq verilişlərinin ciddiliyini, sanballılığını və fərqliliyini qoruya bilmişdir. Burada bir ənənə mövcuddur və bu ənənə yaxşı mənada bütün televiziyalar üçün bir örnəkdir. AZ TV-də bayağı, yüngül verilişlərə yer yoxdur. Fikirləşirəm ki, dövlət televiziyası belə də olmalıdır. Dövlətin, dövlətçiliyin inkişafına, möhkəmlənməsinə xidmət edən, milli dəyərlərə bağlı məqamları özündə əks etdirən və cəmiyyətin bütün təbəqələrinin zövqünü oxşayan verilişlərlə Aztv dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının evində, ocağında və qəlbində özünə yer edə bilmişdir.

  Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət : AZTV Azərbaycan dövlətinin ən əsas təbliğat vasitəsidir. Bu TV özünün milliliyilə seçilir. Həmişə dövlət maraqlarından çıxış edib. Efiri rəngarəngdir, operativdir. Bir tamaşaçı olaraq məni qane edir.

 Milli QHT Forumunun İdarə Heyətinin üzvü,  Vətəndaşların Sosial Rifahı Naminə ictimai birliyin sədri İradə Rizazadə: Hazırda Azərbaycan Televiziyasında rəngarəng mövzularda verilişlər, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli və bədii filmlər nümayiş etdirilir.Bir tamaşaçı kimi mənim zövqümü oxşayır. Azərbaycan Televiziyası bu gün sözün həqiqi mənasında xalqın tribunasıdır. 

Bələdiyyələrin İnkişafına Yardım İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı:  AZTV digər televiziyalardan çox fərqlənir. Televiziya proqramlarında keyfiyyət,ciddilik, dövlətçilik ruhu yaşayır. Azərbaycan Televiziyasında ana dilində gözəl, səlis və anlaşıqlı danışılır. “İdman Azərbaycan” kanalında yayımlanan bütün proqramlar maraqlıdı. Bu kanal vasitəsi ilə istər ölkə idmanında istərsədə dünya idmanında baş verən yeniliklərlə tanış olur, idman yarışlarına baxa bilirik.

 Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı: Azərbaycan Televiziyası gözümüz önündə inkişaf etdi.Bu televiziyanın uğurları elə bilirəm ki, hər bir vətəndaşın uğurudu.Çünki hər gün evimizin qonağı olan televiziya bizə bütün  xəbərləri çatdırır.İnanıram ki, arzusunda olduğumuz  Qələbə xəbərinin müjdəçisi məhz Azərbaycan Televiziyası olacaq. Bayramınız mübarək əziz televiziya işçiləri!

Mətanət Əsgərqızı
Reaksiya.az

Şərhlər

Çox oxunanlar