Polkovnik: İrəvandakı rus bazası Bakıya təhdid deyil

16.05.2017 08:59     A-reaksiya     1518

Rusiyanın Ermənistandakı bazalarını genişləndirməsinin Azərbaycana heç bir təsiri yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Polkovnik bildirib ki, son zamanlar erməni tərəfinin birləşmiş rus-erməni qoşunlarının Qarabağda istifadəsinə dair yersiz bəyanatları boş hay-küydən başqa bir şey deyil:

“Rusiya ilk növbədə Azərbaycanın strateji tərəfdaşıdır və əsas silahları da bu ölkədən alırıq. Bakı-Moskva əlaqələri geniş olduğundan, Rusiyanın sözügedən qərarının Qarabağla bağlı olmasına dair bir narahatlıq yoxdur. Ancaq Ermənistanda hərbi cəhətdən hansısa bir addımların atılması müəyyən şəkildə bu ölkənin silahlı qüvvələrinə təsir göstərir. Bu da bizi narahat etməyə bilməz. Rusiyanın indiki şəraitdə Ermənistandakı bazalarını genişləndirməsinin səbəbi sözügedən ərazi ilə bağlıdır. Bilirsiz ki, NATO-nun Gürcüstanla bağlı maraqları var, digər tərəfdən, NATO-nun üzvü olan Türkiyə Ermənistanla sərhəddir. Ona görə də bu məsələ təhlükəsizlik tədbirləri ilə də bağlı ola bilər. Ancaq bu addımın Azərbaycana, yaxud da Qarabağ bölgəsinə qarşı olduğuna inanmıram.

Rusiyanın xarici işlər naziri bir müddət öncə ölkəsinin terrora qarşı daha təsirli addımlar atacağını və hüdudlarından kənarda yerləşən hərbi bazarlarından istifadə ediləcəyini dilə gətirmişdi. Burada söhbət təkcə Gümrüdəki bazadan getmir, 102-ci briqada digər bazaların içərisində bir baza kimi dəyərləndirilir. Bu bəyanat hələlik təklif xarakteri daşıyır”.

Qeyd edək ki, Rusiyanın Ermənistanda hərbi bazasını genişləndirməsinin regionda gərginlik yaratdığı barədə narahatlıq var.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar