Generaldan Alxanlı açıqlaması

05.07.2017 12:53     A-reaksiya     1601

Ermənilər artıq panikaya düşüblər.

Bu sözləri axar.az-a dünən Füzuli rayonunun Alxanlı kəndində baş verən insidenti şərh edərkən ehtiyatda olan general-leytenat Yaşar Aydəmirov söyləyib.

“Ermənilər öz daxilində yaranmış çaxnaşmanı sakitləşdirməyə çalışırlar. Onlar digər alternativləri olmadığı üçün cəbhədə təxribatlar törədirlər. İrəvan öz xalqını aldatmaqla məşğuldur. Sözsüz ki, Azərbaycan tərəfi dünən yüksək səviyyədə onların cavabını verdi. Atəş vasitələrindən istifadə erməniləri yenidən panikaya saldı”, – deyə general bildirib.

Qeyd edək ki, dünən Füzulinin Alxanlı kəndi dünən Ermənistan ordusu tərəfindən atəşə məruz qalıb. Atəşkəsin pozulması zamanı ermənilər ağır silahlardan da istifadə ediblər. Nəticədə iki dinc sakin həlak olub. Həlak olanlardan biri 2 yaşlı qız uşağı Zəhra Quliyevadır. Azərbaycan Ordusunun cavab atəşi ilə düşmən susdurulub.

Ermənistan ordusunun bu vandallığı ilə bağlı artıq Azərbaycan beynəlxalq təşkilatlara müraciət edib.

Reaksiya.az

Şərhlər