Politoloq: “Alxanlı təxribatı nazirlərin görüşünə təsir göstərdi”

13.07.2017 12:44     A-reaksiya     1646

Politoloq Mübariz Əhmədoğlu deyir ki, Azərbaycan qələbə ilə nəticələnəcək lokal xarakterli müharibələr apara bilər

Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərləri – Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında ATƏT Minsk qrupu həmsədrləri və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin təşəbbüsü və iştirakı ilə növbəti görüş keçirilib. Politoloq Mübariz Əhmədoğlu deyir ki, Ermənistanın xarici işlər nazirlərinin görüşlərinə münasibəti bəllidir:

 

“Ermənilər həmişə çalışır ki, nazirlərin görüşü nəticəsiz başa çatsın. Ermənilər Alxanlı kəndində törətdikləri təxribatla nazirlərin görüşünə təsir etmək istəyirdilər. Onlar bu arzularına çatdılar”.

“Hal-hazırda ermənilər dinc danışıqlar vasitəsilə bu münaqişənin tənzimlənməsinə hazır deyillər. Onlar düşünür ki, prezidentlik müddətinin başa çatmasına az vaxt qalan Serj Sarkisyan heç bir güzəştə getməməlidir. Ermənistan rəhbərliyində belə fikir var ki, Azərbaycan qələbə ilə nəticələnəcək lokal xarakterli müharibələr apara bilər. Ermənilər müharibədə uduzmağa hazırdırlar. Son görüşün nəticəsiz nəticəsi də Qarabağ tənzimlənməsini hərbi əməliyyatlara doğru aparır” – deyə o bildirib.(sputnik)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar