AŞ PA-nın təzyiqlərinə səbəb Azərbaycanın müstəqil siyasət yürütməsidir”

16.10.2017 12:20     A-reaksiya     1389

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev deyir ki, AŞ PA bu qətnamələri qəbul etməklə erməni separatizminə haqq qazandırmaq istəyir

“AŞ PA bu qətnamələri qəbul edərkən Ermənistanın yeritdiyi işğalçı siyasətə diqqət yetirməli idi”. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev deyib.

“Səbəblərdən biri budur ki, Azərbaycan müstəqil siyasət yerinə yetirir və bunu həzm etmək istəmirlər. İkinci səbəbi budur ki, onlar müsəlman ölkəsinin inkişafını və İslam haqqında deyilənlərin doğru olmadığını öz örnəyi ilə göstərməsini həzm etmirlər. Üçüncü səbəb isə Dağlıq Qarabağ məsələsində haqlı və güclü tərəf olan Azərbaycanı demokratiyadan uzaq, irticaçı bir ölkə kimi təqdim etməklə erməni separatizminə haqq qazandırmaqdır”.

Qeyd edək ki, oktyabrın 11-də AŞ PA-nın payız sessiyasında “Azərbaycanda demokratik təsisatların vəziyyəti" və "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” qətnamələri qəbul edilib.(sputnik)


Reaksiya.az

Şərhlər