Yohannes Han: “Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır”

18.10.2017 10:58     A-reaksiya     1529

“Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır”.

Apa-nın “neweasterneurope.com” saytına istinadən verdiyi xəbərə görə, bunu Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han deyib. O bildirib ki, Aİ ilə Azərbaycan münasibətləri yeniləmək və 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini əvəzləyəcək yeni ikitərəfli sazişlə əlaqələrin tam potensialını inkişaf etdirmək niyyətindədir: “Hələlik adı məlum olmayan bu saziş ortaq fundamental dəyərlər və prinsiplər əsasında əlaqələrimizi genişləndirəcək və dərinləşdirəcək, qarşılaşdığımız çağırışlar və ortaq qlobal, siyasi-iqtisadi maraqları nəzərə alacaq. Saziş siyasi, sektoral, ticarət və iqtisadi əlaqələri əhatə edəcək”.

Komissar Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı təmsil etdiyi təşkilatın mövqeyini də izah edib: “Münaqişəyə dair bizim mövqeyimiz bəllidir. Avropa İttifaqı ATƏT-in Minsk qrupunun münaqişə zonasında gərginliyin azaldılması ilə bağlı təxirəsalınmaz tədbirləri nəzərdən keçirməyi nəzərdə tutan, o cümlədən tərəflərin substanstiv və vacib siyasi iradə ilə danışıqlara yenidən cəlb olunması istiqamətindəki səylərini dəstəkləyir”.

Reaksiya.az

Şərhlər