Qarabağ münaqişəsinin həll edilməməsi Ermənistanda korrupsiya yaradır - Riçard Mills

26.10.2017 14:03     A-reaksiya     1385

Bu barədə ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Mills "Amerikanın Səsi"nə verdiyi müsahibəsində bildirib. 

O, Ermənistanın iqtisadi, sosial və korrupsiya kimi bir çox problemlərinin həll edilməməsini Dağlıq Qarabağ məsələsi ilə bağlı olduğunu deyib. 


"Mən Ermənistanın Dağlıq Qarabağ məsələsini həll etməsini istəyirəm. Anlayıram ki, bu çətin işdir və qarşılıqlı güzəştlər tələb edir"- deyə Mills vurğulayıb. 

Qeyd edək ki, Millsin bu barədə bənzər bəyanatı ilk dəfə deyil. Bu ilin fevral ayında da o, Qarabağ münaqişəsinin nizamlanmamasının Ermənistan sərhədlərinin bağlı qalmasına, korrupsiyanın artmasına və iş adamlarının bazarda monopoliya yaratmasına səbəb oduğunu deyib. 

Bu ilin yanvar ayının əvvəlində isə, Moody's beynəlxalq reytinq agentliyi MDB ölkələri ilə bağlı hesabatında, Dağlıq Qarabağ münaqişəsinin MDB ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərdiyini qeyd edib. 
 

Şərhlər