İrəvan işğaldakı rayonları qaytarmağa hazırdır - Proxanov

21.11.2017 12:32     A-reaksiya     2013

Ermənistan Azərbaycana işğal olunmuş torpaqları geri qaytarmağa hazırdır.

Bunu “Moskva-Baku” saytına müsahibəsində rusiyalı yazar, ideoloq Aleksandr Proxanov söyləyib.

“Bildiyiniz kimi, bu yay mən Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Bakıda oldum. Azərbaycanın Dağlıq Qarabağ konfliktinə baxışını anladım. Bundan sonra mən erməni hərbçilərinin nümayəndələri ilə görüşdüm və onların mövqeyini öyrəndim. Biz bilirik ki, aprel hadisələri zamanı Azərbaycan öz ərazilərinin bir qismini geri qaytardı, Lələtəpə strateji yüksəkliyini tutdu. Bu gün elə bir vəziyyət yaranıb ki, Ermənistan Azərbaycana Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu qaytarmağa hazırdır. Ermənistanda qorxurlar ki, bu rayonların verilməsindən sonra hərbi status-kvo pozulacaq, Azərbaycan geri qaytarılmış torpaqlarda hərbi obyektlər yerləşdirəcək. Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakıya, sonra isə İrəvana səfərində əsas məqsədi konfliktin həllidir. Bu gün fakt odur ki, Ermənistan rayonları qaytarmağa hazırdır”, – deyə o bildirib.(axar)

Reaksiya.az

Şərhlər