Trampın nüvə hədələri onun sonuna gətirə bilərmi - ekspert rəyləri

21.11.2017 19:56     A-reaksiya     2448

Amerika prezidenti Donald Trampın əlindən nüvə silahını tətbiq etmək səlahiyyəti alına bilər. Əslində son 40 ildə bu məsələ gündəmdə olsa da, Trampın gəlişindən sonra daha da aktuallaşıb. Buna səbəb də, onun tez-tez təhlükəli bəyanatlarla çıxış etməsidir.

Xüsusilə, D.Trampın BMT Baş Assambleyasının iclasında hər kəsin gözü önündə, Şimali Koreyaya qarşı nüvə silahı tətbiq oluna biləcəyini və “ABŞ-ın Şimali Koreyanı tamamilə məhv edəcəyini” açıq şəkildə söyləməsi ABŞ Konqresinin qorxulu röyasına çevrilib. Məhz bu açıqlamalardan sonra Konqres hərəkətə keçib. Senatorlar Ağ Evin indiki rəhbərindən hər hərəkəti, o cümlədən nüvə raketlərini buraxmağı əmr etməsini gözlədiklərini söyləyirlər.

Siyasi ekspertlər artıq Amerika daxilində hər kəsin Trampın atacağı addımlardan ehtiyatlandıqlarını bildirirlər. Əgər onun əlindən nüvə silahını tətbiq etmək səlahiyyəti alınarsa, bunun Trampın getdikcə itirməkdə olan nüfuzunu sıfıra endirəcəyini, bir növ vaxtından əvvəl prezidentlik kürsüsündən uzaqlaşdırılma ehtimallarının artacağını deyirlər. Dünyanın Tramp təhlükəsindən qurtulması üçün onun əlindən bu səlahiyyətinin alınmasının vacibliyi də vurğulanır. Belə bir təhlükə silahın işə salınmasının bir şəxsin dodaqları arasından çıxacaq sözdən asılı olmasının bütün bəşəriyyət üçün qorxulu olduğu şübhəsizdir.

Politoloq Elçin Mirzəbəyli hesab edir ki, bu məsələnin gündəmə gətirilməsi Trampa olan təzyiqlərin daha da artırılması məqsədi daşıyır: “ABŞ Konqresi prezident Donald Trampın komandasının Moskva ilə əlaqələrini təsdiq edən heç bir fakt əldə edə bilməyib. Araşdırmalar zamanı Kremlin seçkilərə müdaxiləsini sübuta yetirən fakt da aşkarlanmayıb. ABŞ Konqresi nümayəndələr palatasının islahatlar və nəzarət komitəsinin sədri Ceyson Saffets bu barədə rəsmi açıqlama verib. Demokratlar Trampın Rusiya ilə əlaqələrini sübuta yetirə bilmədikləri üçün yeni taktika seçiblər və Trampın komandasının dağınıqlığından istifadə edib ona qarşı təzyiqlərini davam etdirmək istəyirlər. ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri Con Hayten senatda keçirilən dinləmələr zamanı bildirib ki, o, nüvə silahının tətbiqi ilə bağlı Trampın əmrini yerinə yetirmək məcburiyyətində deyil. ABŞ qanunvericiliyinə görə Strateji Komandalığın rəhbəri əgər əmri qanunsuz hesab edərsə, onu yerinə yetirməyə bilər. Yəni burada söhbət nüvə silahının tətbiqi ilə bağlı Senatda aparılan müzakirələrdən gedir, hər hansı yeni qanunun qəbul olunmasından yox”.

Картинки по запросу elçin mirzəbəyli

Politoloq heç bir halda Trampın bu silahdan istifadə etməyəcəyini düşünür: “İstifadə edə bilməz. Bu kifayət qədər mürəkkəb proseduradır. Qeyd etdiyim kimi hətta strateji komandanlığın rəhbəri belə qanunsuz saydığı qərarı icra etməyə bilər. ABŞ-da dövlətin təhlükəsizliyini təmin edən mexanizmlər olduqca mürəkkəb və çox şaxəlidir. Nəzarət mexanizmləri də kifayət qədər güclüdür. Trampın nüvə silahının tətbiqi ilə bağlı hər hansı bir addım atacağını da düşünmürəm. Onun təhdidləri isə bəyanatdan uzağa getməyəcək. ABŞ-da büvə silahının tətbiqi və digər bu kimi məsələlərin müzakirəsi normal məsələlərdir. Birləşmiş Ştatların tarixində bundan daha kəskin və ziddiyyətli debatlar olub. Trampın səlahiyyətinin əlindən alınması üçün mexanizmlər yoxdur. Yəni konqres prezidentin səlahiyyətlərini məhdudlaşdıra biləcək addım atmaq səlahiyyətində deyil. Əslində belə bir addıma da ehtiyac yoxdur. Çünki idarəçilik mexanizmi elə qurulub ki, nə prezident, hakimiyyətin digər qolları ölkənin təhlükəsizliyini təhdid altına ata biləcək addım ata bilməzlər”.

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli Trampın impiçmentinə hazırlıqların getdiyini bildirdi: “Bu söz-söhbətlər Trampın impiçmenti üçün hazırlıqlardır. Tramp seçiləndən onun fəaliyyəti konqres, senat, pentaqon və indi də Ağ Ev tərəfindən, yəni Trampın öz administrasiyası tərəfindən açıq-aşkar sabotaj edilir.

Картинки по запросу əhəd məmmədli

Şimali Koreya ilə bağlı nüvə silahı təhlükəsi növbəti bəhanədir ki Trampıişindən uzaqlaşdırılsın. Generallar tərəfindən bəyan edilə bilər ki, Tramp qərar versə, biz hələ baxacağıq, onun əmrini yerinə yetirək, ya yox. Bu özü Trampa tabe olmamaq, sivil üsyan deməkdir. Zatən Trampın səlahiyyətləri kağız üstündə qalıb. Bu bir daha o deməkdir ki, amerikan xalqını prezidentlər deyil, sistem iradə edir. Prezidentlər isə demokratiya dekorasiyasından başqa heç nə deyil. Tramp Amerika kimi bir kapitalist imperiyasında əvvəl milyarder, sonra prezident olmağı bacarıbsa, bu onun əslində ağıllı adam olduğunun göstəricisidir. Əksini iddia edənlər sadəcə Trampa paxıllıq edirlər və ona qarşı qərəzlidirlər. Ağıllı adam olduğu üçün Tramp çox gözəl bilir ki, nüvə silahı nədir və onun istifadəsi nə deməkdir. Yenə deyirəm, Şimali Koreyaya nüvə işlətmək təhlükəsi Donald Trampa qarşı növbəti hücum və impiçmentə hazırlıqdır. Amerika daxili siyasi elitaların qarşıdurması pik nöqtəsinə çatıb. Donald Tramp da sakit durmur və cavabında ona qarşı çıxan siyasətçiləri və Hollivudu təcavüz skandalları ilə ifşa edir. Bu savaşda Tramp və köhnə elitanın qalib gələcəyini indidən birmənalı söyləyə bilmərik. Lakin yuxarıda qeyd etdiyim kimi xalq tərəfindən seçilmiş prezident Donald Trampa daxildən təzyiqlər artmaqdadır”.

Reaksiya.az

Şərhlər