Qardaş dövlətin başçısı Dağlıq Qarabağ məsələsini yenidən gündəmə çıxarıb

23.11.2017 12:27     A-reaksiya     2065

"Dağlıq Qarabağ probleminin ancaq Rusiya həll edə bilər və mən Rusiya prezidentini növbəti dəfə 5 rayonun qaytarılması məsələsinə diqqətli yanaşmağa çağırdım",- bu sözlərTürkiyə prezidenti cənab Ərdoğan dünən keçirilən Soçi görüşü öncəsi səsləndirmişdi. Qardaş dövlətin başçısının aradan heç bir həftə keçməmiş yenidən bu mövzuya qayıtması, Suriyayla paralel Dağlıq Qarabağ məsələsini də gündəmə çıxarması bizim üçün çox önəmlidir deyən millət vəkili Sahib Əliyev əslində İŞİD deyilən şəbəkədəki terrorçuların Suriyada etdikləri vəhşilikləri hay terrorçuları daha amansızcasına, soyqırım və etnik təmizləmə keçirməklə Dağlıq Qarabağda törədiblər deye bildirib.Və İŞİD kimi böyük güçlərdən dəstək alaraq bunu ediblər. 
Əgər Rusiya həqiqətən terrora və terrorçulara qafrşıdırsa, Suriyada apardığı əməliyyatlar bu məqsədlə edilirsə, ondan nədən biz hay terrorçu və separatçı rejiminə qarşı da eyni yanaşmanı görmürük. Cənab Ərdoğanın Putinlə görüşdə təkrar-təkrarar Dağlıq Qarabağ məsələsini qaldırması da əslində bu deməkdir və təzyiq məqsədi daşıyır.
Ancaq 5 rayonun qaytarılmasının vurğulanmasına gəldikdə isə Madrid sənədlərində Dağlıq Qarabağ probleminin çözümündə ilkin mərhələ kimi bu məsələ öz əksini tapıb və həmsədr dövlət olaraq Rusiya da buna öz razılığını verib. Əgər həmsədrlər, o sıradan da Ermənistan üzərində dominant təsiri danılmaz olan Rusiya tərəflər arsında gərginliyin azaldılmasını istəyirlərsə, onda Sərkisyan rejimindən ilkin addım olaraq 5 rayonun boşaldılmasını tələb etməlidir. 
Türkiyə prezidentinin Dağlıq Qarabağ prboblemin "bizim milli məsələsmiz" deyə səsləndirməsinə gəldikdə bu, Ulu Öndərin "bir millət, iki dövlət" fikrinin elə-belə deyilmədiyinin təsdiqidir, alqışlayırıq!.

Reaksiya.az

Şərhlər