M.Zaxarova: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması bizim üçün prioritet mövzulardan biridir

23.11.2017 20:36     A-reaksiya     1903

Biz çox istəyirik ki, bu problemli məsələ nizamlansın. Nə qədər tez olsa, bir o qədər yaxşıdır. Təbii ki, dəfələrlə barəsində danışdığımız əsaslar üzərində. Bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən növbəti brifinqdə Dağlıq Qarabağ münaqişəsinə toxunarkən səsləndirib. O qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi Rusiya üçün prioritet mövzudur.

 M.Zaxarova Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya və Yerevana son səfərini şərh edərək deyib: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması bizim üçün prioritet mövzulardan biridir, çünki bu mövzu bizə dost olan iki dövlətə, münasibətlərimizi inkişaf etdirdiyimiz xalqlara aiddir. Çox istərdik ki, bu problemli məsələ nəhayət nizamlansın”.

Reaksiya.az

Şərhlər