Sergey Lavrov: Xəzərin hüquqi statusuna dair Konvensiyanın bütün məsələləri ilə bağlı razılıq əldə edilib

05.12.2017 17:19     A-reaksiya     1892

Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın bütün məsələləri ilə bağlı razılıq əldə edilib.

Bu barədə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Moskvada keçirilən 7-ci müşavirəsinin yekunlarına dair mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

Nazir deyib: “Konvensiyanın mətni demək olar ki, hazırdır. Konvensiya Xəzəryanı ölkələrin dövlət başçılarının Qazaxıstanda keçiriləcək Sammitinə təqdim olunacaq”.(azərtac)

Reaksiya.az

Şərhlər