ABŞ diplomatiyası: "Join or Die"

19.01.2018 14:11     A-reaksiya     3008

Amerika diplomatiyası geniş mənada müxtəlif siyasi-iqtisadi piksellərə sahib olması ilə seçilir. Qəbul etmək lazımdır ki, ABŞ diplomatiyası hər mənada geniş manevrləri ilə, əhatəli profil imkanları ilə seçilən bir diplomatiyadır. Məsələn, XX əsr ABŞ diplomatiyasına diqqət etsək, onu SSRİ diplomatiyası ilə müqayisə edərkən differensial cəhətlərin olduğu, özəlliklə sərbəstlik, diplomatın anında qərar vermək kimi, səlahiyyət və imkanlarının olması ilə də diqqət çəkir. Bunun əksinə sovet diplomatlarının sərbəstlik və manevr imkanlarının məhdud olması baxımından soyuq müharibə dövründə hər zaman ABŞ qarşısında bir çox məsələlərin həllində, əlbəttə ki, çətin duruma düşürdü.
 
Məsələnin başqa tərəfi, Benjamin Franklinin "Bizə qatıl, ya da öl" (Join or Die)ifadəsində gizlənib. Əslində bu, ABŞ diplomatiyasının kodeks sloqanlarından biridir. Hazırkı Birləşmiş Ştatlar diplomatiyasını analiz edərkən, fikrimcə, Bencamin Franklinin "Bizə qatıl, ya da öl" məşhur ifadəsi həqiqətdə Vaşinqtonun bütün arealda apardığı geosiyasi oyunlara müəyyən mənada işıq salır.Fərq etməz, bu deyim bütün istiqamətlərdə özünü doğruldur, məsələn, ABŞ-ın Cənubi Qafqaz, Yaxın və Orta Şərq, Asiya (Passifik) və Cənub-Şərqi Asiya, Qərbi, Şərqi və Cənub-Şərqi Avropa, Balkanlar, Latın Amerikası, Şimali Afrika və Afrika, Körfəz ölkələri, Avrasiya, bir sözlə istənilən regiona yaxınlaşmada Birləşmiş Ştatlar Becamin Franklinin baxışına sadiq qalaraq və o prizmadan çıxış edərək, demək olar ki, bütün ölkələrə belə ("Bizə qatıl, ya da öl") yanaşır.
 
Bu ifadə çox ciddi goesiyasi şəraitdə meydana çıxıb. Hələ, ABŞ vahid şəkildə birləşməmişdən öncə Böyük Britaniyaya qarşı savaşda idi. Çünki Britaniya 1754-cü ildə Amerikanın birləşməsinə qarşı ciddi baryer idi.
 
Benjamin Franklinin bu, məşhur siyasi şüarı XVIII əsrdə meydana çıxan və hər gün ABŞ xarici-daxili siyasətinə şah damar kimi oturuşaraq, zamanla ABŞ-ın rəsmən beynəlxalq simvoluna çevrildi. Əminliklə demək olar ki, "Bizə qatıl, ya da öl" deyimi XXI əsrdə ABŞ xarici siyasətində mərkəz xətlərdən birinin, yəni siyasi sxemini ifadə edir. Başqa sözlə, bu ifadə doğrudan da Amerika xarici siyasətin girişinə sinergetika rolunu oynayır...
 
Ehtiram Aşırlı
 

Şərhlər

Çox oxunanlar