Antiazərbaycan mərkəzlərinin yeni siyasi taktikası

23.03.2018 17:38     A-reaksiya     1047

Siyasi mübarizəni şər-böhtan səviyyəsinə endirmək antiazərbaycan mərkəzlərin yeni siyasi taktikası kimi müəyyənləşdirilib. Bu, xüsusi məqsədə xidmət etməklə milli-mənəvi dəyərlərimizə qarşı yönəlib.

Axar.az xəbər verir ki, bu sözləri mollət vəkili Hikmət Babaoğlu Azərbaycan Prezidentinin köməkçisi, PA-nın şöbə müdiri Əli Həsənovun fikirlərinə münasibətində qeyd edib. Ə.Həsənovun qeyri-əxlaqi ifadələrdən istifadə edilməsinin yolverilməzliyi barədə çağırışını dəstəkləyən H.Babaoğlu bildirib ki, seçki prosesi mərhələsində belə qüvvələrin fəallaşması da təsadüfi deyil:

“Çünki seçki mədəniyyəti siyasi mədəniyyətin mühüm tərkib hissəsi olmaqla, həm də ümumi mədəniyyətimizin keyfiyyətini müəyyənləşdirir. Ona görə də hər zaman, xüsusilə də seçki ilində siyasi dəyərlərimizə sahib çıxmaq hər birimizin vətəndaşlıq borcudur. Xaricdə yaşayan və antiazərbaycançı mərkəzlərin şər ruporuna çevrilən bir qrup insan bu üsulla ölkəmizdə sivil siyasi mübarizənin olmadığını qlobal ictimai rəyə təqdim etmək istəyir. Bu isə milli maraqlarımıza ziddir. Elə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov da bu məsələni aktuallaşdıraraq diqqətə təqdim edir. Düşünürəm ki, hər birimiz bunu fürsətə çevirərək, bir daha xalqımızın ictimai-mədəni dəyərlərini gözdən salmağa çalışanları kütləvi qınağın hədəfinə çevirməliyik.

Azərbaycanda siyasi mədəniyyətin və siyasi əxlaqın nə dərəcədə yüksək olduğunu hamıya nümayiş etdirməliyik. Bu ölkəmizi gözdən salmağa çalışan marginal təxribatçı qruplara ən yaxşı cavab olar”

Reaksiya.az

Şərhlər