Mübariz Qurbanlı: Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti 200 il əvvəldən başlayıb

28.03.2018 12:25     A-reaksiya     1794

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti 200 il əvvəldən başlayıb.

Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.Onun sözlərinə görə, erməni vəhşiliklərini gənc nəsil müxtəlif dillərdə dünyaya yaymalıdır: "Bunun üçün gənc nəslin kifayət qədər imkanı var. Gənc nəsil bu imkanlardan yararlanmalı, məsələni diqqətdə saxlamalıdır. Çünki, bizim düşmənlə müharibəmiz bitməyib. Diplomatık cəhətdən biz ermənilər üzərində üstünlük əldə edə bilmişik. Ən əsası, ermənilər münaqişə ilə bağlı saxta faktları dünyaya tanıtdıra bilməyib, buna imkan verməmişik. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi burmənalı təsdiqlənir. Ermənilərin saxta faktları ifşa olunub".

M. Qurbanlı bildirib ki, ermənilərin Xocalıda törətdiyi vəhşiliklər dünya ictimaiyyətinə çatdırılıb: "Ermənilər bunu hərbi əməliyyat kimi qələmə vermək istəsə də, bu cəhdləri baş tutmayıb. Çünki, burda dinc əhaliyə tutulan divan faktlarla dünyaya çatdırılıb. Ermənilər dinc əhaliyə qarşı soyqırımı törədib".

Reaksiya.az

Şərhlər