Səməd Seyidov: Dağlıq Qarabağ məsələsi beynəlxalq təşkilatlarda heç vaxt müzakirədən çıxarılmayıb

11.04.2018 16:29     A-reaksiya     1534

Dağlıq Qarabağ məsələsi beynəlxalq təşkilatlarda heç vaxt müzakirədən çıxarılmayıb.

Bunu Trend-ə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.

O bildirib ki, ümumiyyətlə, Dağlıq Qarabağ məsələsinin müzakirəsi bir neçə formada aparılır: “Birincisi Dağlıq Qarabağ məsələsinin birbaşa müzakirəsidir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə ATƏT-in Minsk qrupunun həmsədrləri məşğul olduğuna görə, bu məsələnin birbaşa müzakirəsi ATƏT-də aparılır".

S.Seyidov əlavə edib ki, bundan başqa, dolayı müzakirələr də var: “Bu müzakirələr qaçqın və məcburi köçkünlərin problemləri, ərazilərin atəşə tutulması nəticəsində qurbanların olması, humanitar məsələlər, Sərsəng su anbarı, suya çıxışla bağlıdır. Bunlar da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan məsələlərdir. Əlbəttə ki, bütün bu məsələlər AŞ PA iclaslarında müzakirə olunub, olunur və olunacaq”.

Reaksiya.az

Şərhlər