" Bu, seçki prosesinə qəsdən və açıq-aşkar şəkildə kölgə salmaq cəhdidir” - Azay Quliyev

16.04.2018 18:15     A-reaksiya     1758

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ATƏT PA-nın Büro iclasında aprelin 11-də Azərbaycanda keçirilmiş Prezident seçkilərində ATƏT/DTİHB-nin müşahidə missiyasının fəaliyyətinə dair çıxış edib.

Azay Quliyev çıxışında toxunduğu üçüncü məsələ ilə bağlı isə bildirib ki, seçkilərə qatılmaq istəyən və bunun üçün qanunvericlikdə müəyyən edilmiş sənədləri və imzaları təqdim edən hər kəsə bərabər şərait yaradılmış və heç kimin seçki marafonuna qatılmasının qarşısı hər-hansı bir yolla alınmamışdır. Dördüncü mühüm məsələ isə budur ki, Azərbaycan əhalisinin 80 faizinin internetə sərbəst çıxışı olması faktı aralıq hesabatdan fərqli olaraq ilkin hesabatda nədənsə “unudulur”. Azərbaycanda vebsaytların, xüsusilə sosial medianın təhqirlə tənqidin sərhədlərini belə tanımadan tam sərbəst və heç bir məhdudiyyət qoyulmadan fəaliyyət göstərməsi qeyd edilmir. Vitse-prezidentin vurğuladığı beşinci məsələ isə 11 aprel prezident seçkilərində ilk dəfə tətbiq olunan mühüm yeniliklə bağlı olub: “Bir məsələyə tamamilə laqeyd yanaşılır və hesabatda haqsız və mən deyərdim, bilərəkdən əks olunmur. Bu da İTV-də debat üçün ayrılmış pulsuz efir vaxtından başqa, ölkə üzrə yayımlanan 6 televiziya kanallarının xəbər proqramlarında bütün namizədlərin seçki təşviqat kampaniyasına pulsuz olaraq geniş yer ayırması, onların seçicilərlə görüşü barədə ətraflı məlumat verməsi faktının qeyd olunmamasıdır. Hətta seçki təşviqatının son həftəsində həmin televiziya kanallarının xəbərlərində gedən materialların ümumi həcminin 84 faizi digər namizədlərin, yəni rəqiblərin, yalnız 16 faizi YAP-ın namizədinin seçki fəaliyyətinə həsr olunmuşdur. ATƏT/DTİHB-nin bu haqda müfəssəl məlumatı olsa da, təəssüf ki, bu barədə hesabatda heç nə yazmadı”. Azay Quliyevin toxunduğu altıncı məsələdə isə bildirilir ki, ümumilikdə 29 mart 2018-ci ildə təqdim olunmuş aralıq hesabtla 12 aprel 2018-ci ildə təqdim olunmuş ilkin hesbat məzmun etibari ilə bir-birindən o qədər fərqlənir ki, sanki bu sənədlər ayrı-ayrı ölkələrdən bəhs edir. Aralıq hesabatda balanslı şəkildə qeyd olunan bir çox mühüm və müsbət müddəalarm ilkin hesabatda ya verilmir, ya da mahiyyəti tamamilə dəyişilir. Bu fakt Seçki Missiyasının Ilkin Hesbatının səmimiliyinə və dəqiqliyinə ciddi şübhə yaradır. ATƏT PA-nın vitse-prezidenti çıxışında ATƏT/DTİHB-nin müşahidə missiyasının hesabatında və mətbuata verilən açıqlamada istifadə olunan ritorika, boşluqlar və digər mübahisəli məsələlərə də münasibət bildirib: “Mətbuata açıqlamada deyilir ki, “səslərin hesablanmasının yarıdan çoxu mənfi şəkildə qiymətləndirilmişdir”. Bu məlumatı oxuyan istənilən şəxs belə düşünəcək ki, Seçki Müşahidə Missiyası mövcud 5641 seçki məntəqəsinin 3000-dən çoxunu ziyarət etmiş və hər birində səslərin hesablanması prosesində ciddi pozuntulara şahid olmuşdur. Ancaq bu qeyri-məntiqli və riyazi baxımdan qeyri-mümkündür. SMM-in maksimum 360 müşahidəçisi var idi və onlar əgər bütün imkanlarını səfərbər etsəydilər, maksimum eyni sayda, yəni 360 seçki məntəqəsində səslərin hesablanmasını müşahidə edə bilərdilər. Belə olan halda onlar səslərin hesablanmasının yarıdan çoxunu necə mənfi qiymətləndirə bilərlər? Bu nədir? Bu, seçki prosesinə qəsdən və açıq-aşkar şəkildə kölgə salmaq cəhdidir”.

Şərhlər