Yeni nazir ilk kadr dəyişikliyi etdi

25.04.2018 14:47     A-reaksiya     2053

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov vəzifəsindən azad olunub.

Anar Hüseynov Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib.

Anar Hüseynov açıqlamasında məlumatı təsdiqləyib.

Xatırladaq ki, İnam İmdad oğlu Kərimov Kənd təsərrüfatı naziri vəzifəsinə ölkə prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamı ilə təyin edilib.

Reaksiya.az

Şərhlər