Mübariz Qurbanlı: "ABŞ Dini Etiqadlar Komissiyasının Azərbaycanla bağlı hesabatı həqiqətə uyğun deyil"

24.05.2018 11:22     A-reaksiya     1481

"Azərbaycan ABŞ Dini Etiqadlar Komissiyasının Azərbaycanda dini azadlıqda bağlı hesabatına rəsmi cavab vermişik. Qəti şəkildə bildirmişik ki, hesabatdakıların heç biri həqiqətə uyğun deyil". 
 
APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. 
 
M. Qurbanlı deyib ki, Azərbaycanda dini etiqad azadlığı dünyada ən qabaqcıl ölkələrdən belə yüksək səviyyədədir: "ABŞ-da səfərdə olduğumuz zaman da bu məsələni müzakirə etdik. ABŞ səfirliyinə də bu barədə məlumat verilib. Həmin sənəddə çoxlu yanlışlığa yol verilib, 2-3 il əvvəlki faktı builki fakt kimi yazıblar. Azərbaycanda dini fəaliyyətə heç bir təqib yoxdur. Əgər bu və ya digər şəxs cinayət məsuliyyətinə cəlb edilərək məhkəmə hökmü ilə cəzalandırılıblarsa, bu şəxslər Cinayət Məcəlləsində bu və ya digər maddələri pozduğuna görə cəzalandırılıblar. Bunları dini fəaliyyət, etiqad azadlığı ilə əlaqəsi yoxdur. Bu gün bir jurnalist başqa bir əmələ görə cinayət məsuliyyətinə cəlb edilirsə, bu o demək deyil ki, jurnalist olduğuna görə həbs edilə bilməz. Yaxud kiminsə müəllim, həkim olduğuna görə cinayət məsuliyyətinə cəlb edilə bilməməsi mümkün deyil. Din xadimidirsə, başqa bir əməl törətdiyinə görə həbs olunubsa, bunu dini etiqad azadlığına bağlamaq düzgün deyil"

Reaksiya.az

Şərhlər