Politoloq: Paşinyan Putindən təlimat almağa gedir

05.09.2018 11:57     A-reaksiya     1451

Düşünürəm ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə üçüncü görüşü təlimat alma görüşüdür.

Bu sözləri Baku TV-yə açıqlamasında politoloq Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, Paşinyan hakimiyyəti yüksək vəzifəli məmurları, eyni zamanda, “Qarabağ” klanının aparıcı şəxslərini həbs etdi. Həbs olunması gözlənilən əsas fiqurlardan biri isə sabiq Ermənistan prezidenti Robert Koçaryandır. Buna görə də Putinin Paşinyanla görüşü çətin görüşə çevrilə bilər.

Reaksiya.az

Şərhlər