Putin Ərdoğana qarşı getməyəcək: - 3 mühüm şərt

11.09.2018 15:17     A-reaksiya     1316

Türkiyənin həm ümumi münasibətlərin aldığı forma, həm də S-400 məsələsinə görə ABŞ-la ciddi problemlər yaşadığı, ən önəmlisi Rusiya ilə yaxınlaşmağa davam etdiyi belə bir vaxtda Moskvanın İdlibdə böyük bir böhran yaradaraq Ankara ilə münasibətlərə zərər vurması, onu yenidən ABŞ-a tərəf itələməsi ehtimalı olduqca zəifdir.

Bu sözləri  açıqlamasında QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib. O bildirib ki, ABŞ-la Türkiyənin münasibətlərini mümkün olduğu qədər korlamaq Rusiyanın xarici siyasətinin 1949-cu ildən bu yana ən vacib hədəflərindəndir:

“Rusiya son 70 ildə ilk dəfə Yaxın Şərqdə İran və Türkiyə ilə üçtərəfli bir format əldə edib. Hazırda İdlib ətrafında sövdələşmələr gedir, ancaq bu geniş mənzərə qarşısında ortaq yol tapılacaqdır.

Bu razılaşmanın mərkəzinə 3 əsas ünsür dayana bilər. Birincisi, Türkiyənin İdlibdə Rusiyanın xüsusilə həssaslıq nümayiş etdirdiyi, əhəmiyyətli hissəsi postsovet əsilli olan cihadçılara qarşı məhdud çərçivədə əməliyyatların keçirilməsinə icazə verməsidir. Hətta bütün bunlara YPG bölgəsinə keçilməklə bağlı istiqamət də verilə bilər. Təbii olaraq bunların ardından təhlükəsizliyi təmin etmək üçün YPG bölgəsinə əməliyyat məsələsi gündəmə gələcəkdir. İkincisi, Əsədin tanınması qarşılığında qaçqınların Suriyaya dönüşünü Dəməşqin qəbul etməsidir. Hətta bu qaçqınların evlərinin tikilməsi və lazım olan vəsaitin bir hissəsinin Türkiyə tərəfindən verilməsinə razılıq alınması da bunlardan biridir. Onsuz da Ankara suriyalı qaçqınlara pul xərcləməyə davam edir, bu pulun Suriyada daha məhdud zaman çərçivəsində xərclənməsi ağıllı addım ola bilər. Üçüncüsü isə ABŞ-ın dəstəklədiyi YPG bölgəsi ilə bağlı İranın da iştirakı ilə ortaq mövqe və fəaliyyət nümayiş etdirmək ola bilər”.(axar)

Reaksiya.az

Şərhlər