Türkiyəli general: Ankara-Moskva əməkdaşlığı Qarabağ münaqişəsinin həllinə təsir edəcək

09.10.2018 12:52     A-reaksiya     974

“Yaxın Şərqdə və Suriyada Ankara-Moskva-Tehran əməkdaşlığı uğurlu alınarsa, bu əməkdaşlıq Cənubi Qafqazdakı münaqişələrin, xüsusən də Qarabağ münaqişəsinin həllinə öz müsbət təsirini göstərəcək”.

Bunu Avropa.info-ya açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin təqaüddə olan generalı Əhməd Yavuz deyib.

Onun sözlərinə görə, bu gün Suriya məsələsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində Ankara-Moskva-Tehran arasında uğurlu bir əməkdaşlıq formatı yaranmaqdadır.

Yaxın Şərqdəki, xüsusən də Suriyada yaşanan proseslərə mövqeyini açıqlayan general deyib ki, başda ABŞ olmaqla, bir sıra ölkələr bölgənin xəritsəində yeni dizayn vermək istəyirlər.

“Xüsusən də ABŞ bölgədə süni yolla yeni dövlət quraq istəyir ki, bu da təkcə region ölkələri üçün deyil, bütövlükdə dünyanın təhlükəsizliyinə ciddi təhlükə yaradır. Odur ki, İraqın şımalında olduğu kimi, ABŞ Suriya ərazisində süni kürd dövləti yarataq istiqamətində ciddi fəaliyyət göstərməkdədir. Təbii ki, kürdlərin özlərini ifadə etmələri, özlərinə hörmət tələb etməsi ayrı müzakirənin mövzusudur. Lakin reallıq nəzərə alınmadan və yaranacaq dövlətin gələcəkdə bölgədə hansı təhlükələrə yol açacağnı nəzərd almadan yaradılması çox təhlükəli tendensiyadır. Ona görə də ABŞ-ın dəstəyi ilə yeni bir yaranacaq dövlət bölgənin sabitliyinə və təhlükəsizliyinə deyil, onu yaradanın maraqlarına xidmət edəcək”- Əhməd Yavuz deyib.

O əlavə edib ki, əslində, bu bölgənin yenidən dizayni edilməsidir: “O baxımdan da region dövlətləri- Türkiyə, İraq, Suriya, İran, hətta Rusiya da buna qarşı çıxır”.

Generalın fikrincə, bu, asanlıqla həyata keçiriləcək bir proses deyil. “Fikrimcə, Qarabağ münaqişəsi də bölgənin yenidən dizayn edilməsi məqsədi daşıyır. Əvvəl bölgədə terrorçu qrupların fəaliyyəti, sonra isə işğal faktı coğrafiyanı istədikləri kimi şəkilləndirməyə hesablanır”- deyə, general bildirib.

Ə.Yavuz hesab edir ki. Qarabağ münaqişəsinin nizamnlanmasında Rusiya Azərbaycanın yanında yer almalıdır: “Rusiya buna qarşı çıxmalı, Azərbaycanın tərəfində yer almalı və Ermənistanın Azərbaycan torpaqlarının işğal faktını tanımalıdır. Hesab edirəm ki, region ölkələri münasibətlərində səmimi olarsa, problemi həll etmək olar”.

O qeyd edib ki, Suriyada Ankara-Moskva arasında uğurlu nəticə əldə edilərsə, bu Cənubi Qafqaz regionuna, xüsusən də Qarabağ münaqişəsinin həllinə öz müsbət təsir göstərəcək.

Reaksiya.az

Şərhlər