Politoloq: “Böyük 20-lər”in dövlət başçıları bir-birini görmək istəmir

04.12.2018 13:04     A-reaksiya     1045

Politoloq Fikrət Sadıxov deyir ki, bu cür davranışlar dünya siyasətindəki stabilliyə mənfi təsirini göstərir

“Son dövrlər Böyük 20-lərin (G-20) görüşündə iştirak edən dövlət başçıları bir-birini görmək istəmirlər”. Bunu ötən həftə Argentinada keçrilən G-20 ölkələrinin sammitinin dünyada gedən proseslərə təsiri haqqında danışarkən politoloq Fikrət Sadıxov deyib.

Politoloq bildirib ki, hazırda dünyada gedən proseslərin nəticəsi olaraq ölkə başçıları nəyisə müzakirə etmək, bir-biri ilə görüşmək istəmirlər:

“Ola bilsin ki, bunun üçün onların hər hansı əsası var. Amma bu cür davranışlar dünya siyasətindəki stabilliyə mənfi təsirini göstərir. Dövlət başçıları ayrı-ayrılıqda görüşüb hansısa qərarları qəbul edirlər. Bunun nəticəsi olaraq da sammitlərdə qəbul olunan qərarlar deklarativ xarakter daşıyır. Artıq bir çox dövlət başçıları da bunu başa düşürlər”.(sputnik)

Reaksiya.az


 

Şərhlər