Politoloqdan çağırış: "Qarabağ problemi həll olunmayana qədər Ermənistanda heç bir iqtidar özünü rahat hiss etməməlidir"

27.08.2019 16:11     A-reaksiya     1090

“Paşinyanın siyasi potensialı dövləti idarə etmək üçün yetərli deyil”. Bunu Sherg.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib. 
 
Düşmən ölkədəki prosesləri şərh edən ekspert bildirib ki, erməni baş nazirin populist çıxışları vaxt qazanmaq, daxili auditoriyanı bir qədər  sakitləşdirmək, guya heç nədən qorxmuruq mühiti yaratmaq məqsədi güdür: 
 
“Əslində bunlar baş nazirin özünə qarşı çevrilən haldır. Bu cür yalanlarla hadisələri bir müddət idarə etmək olar. Lakin sonra xalq real işlər tələb edəcək. Onsuz da erməni ictimaiyyəti səhv seçim etdiyini getdikcə daha yaxşı anlayır. Paşinyanın bu səriştəsizliyindən ölkənin siyasi arenasındakı köhnə və ya yeni qüvvələr istifadə edə bilərlər. Amma fikrimcə, burada daha çox Kremlin dəstək verdiyi hər hansı qüvvə üstünlüyə malik olacaq. Çünki Paşinyan qərbyönlü olsa da, erməni cəmiyyətində demokratik imic yarada bilməyib. Əksinə anti-demokratik bəyanatları ilə vəziyyəti bir qədər də gərginləşdirib. Üstəlik, xalqa vəd etdiyi rifahı reallığa çevirə bilməyib”. 
Analitikin sözlərinə görə, Paşinyanın diktaturadan başqa yolu qalmayıb və bu baxımdan onun necə davranacağı çoxlarına qaranlıqdır: 
 
“Qərb Paşinyana sadəcə qısa müddət yardım əlini uzadacaq. Əsas məsələ Ermənistanın rəhbərliyində kimin təmsil olunması yox, bizim düşmən ölkədəki proseslərə təsir edəcək siyasət yürütməyimizdir. Elə siyasət yürütməliyik ki, Qarabağ problemi həll olunmayana qədər Ermənistanda heç bir iqtidar özünü rahat hiss edə bilməsin”.

Şərhlər

Çox oxunanlar