“Bakı Paşinyana təklif edə bilər ki…” – Politoloq

“İki girovumuzu bizim əlimizdə olan eyni sayda Ermənistan vətəndaşına dəyişdirilməsini İrəvana təklif edə bilərik”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistan baş nazirin girovların dəyişdirilməsinə bağlı açıqlamasını şərh edib:

“Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkədə paylaşdığı son statusda Rusiya ilə Ukrayna arasında girovların “hamıya hamıya” prinsipi ilə dəyişdirilməsini təqdir edib. “Girovların dəyişdirilməsi Rusiya ilə Ukrayna arasında sülhün əldə olunmasına dəstək olacağına ümid edirik” cümləsini yazan Paşinyan iki xalq arasında münasibətlərin bərpasının alternativi olmadığını bildirib.

İndi bizdən nə tələb olunur? Azərbaycan Xarici İşlər Nazirliyi təkrar bəyanatlar yayınlamaqdansa yaradıcı yanaşma ortaya qoyaraq Paşinyanın son statusundan bəhrələnsin. Paşinyan statusunda girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini tərifləyib. Biz də onun bu fikrinə istinad edərək Dağlıq Qarabağdakı 2 girovumuzu bizim əlimizdə olan eyni sayda Ermənistan vətəndaşına dəyişdirilməsini İrəvana təklif edək”.

Reaksiya.az

Advertisement Banner

Şərhlər