“Paşinyan iki tərəflə təhlükəli oyun oynayır” - Oyunu pozulacaq

“Artıq söz dueli ritorikası mənasız mənzərə yaradıb. Sanki problemin ciddi həlli söz güləşdirməkdən ibarət olub”
 
Bunu “Sherg.az”a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib. 
 
Partiya təmsilçisi bəyan edib ki, münaqişə 30 ildən çoxdur davam edir. Artıq deyiləsi sözlər qurtarıb, indi sözü ordumuz deməlidir: 
 
“Paşinyanın son günlərdəki ritorikası nə qədər daxili auditoriyaya hesablansa da, həm də bizə “mesaj”dır. Azərbaycan sülhsevər ölkədir, ancaq bu uzun davam edə bilməz. Paşinyan sərt ritorikasını davam etdirməklə özünü guya heç nədən çəkinməyən siyasətçi kimi göstərmək istəyir. Hakimiyyətə Qərbin dəstəyi və Kremlin göz yumması nəticəsində gələn Paşinyan bu iki güc arasında manevr etməklə hər iki dövlətdən maddi gəlir əldə etmək istəyir.
 
Belə ki, Qərbin Qafqaz regionunda olan geostrateji maraqları daha çox İran siyasətinə köklənib. Qərb Ermənistanı İrana qarşı istifadə etmək üçün bir plastdarma çevirir. Bu baxımdan Qərb çalışır ki, Qarabağ problemi tam həll edilməsə də, nəzərə çarpan müəyyən dəyişikliklər olsun. Yəni, regionda əlavə problemlərlə üzləşməsin. Qərb dairələrinin Ermənistana maddi dəstək sözünün arxasında bu məqam dayanır”. 
 
Rusiyadan da nəsə qopartmaq istəyən Paşinyan iki tərəflə təhlükəli oyun oynayır: 
 
“Ermənistanın bu oyununu ancaq biz poza bilərik. Bunun da yolu hərbi əməliyyatlardır.
 
Amerika prezidentinin iki dəfə məktubla bizə müraciəti və bu yaxında istefaya göndərilən Con Boltonun Bakıya səfərləri bu siyasəti rəsmi Bakının diqqətinə çatdırmaq məqsədi güdürdü. Bakı getdikcə bəyanatlarının sərtliyini artırır. Bu da İrəvana mesajdır ki, artıq Azərbaycanın səbri tükənir, sonra gec olacaq”.
 
Advertisement Banner

Şərhlər

Çox oxunanlar