Rusiyalı ekspert: "Azərbaycan Qoşulmama Hərəkatındakı sədrliyi dövründə əsasən iqtisadi məsələlərə diqqət yetirəcək" - ŞƏRH

"Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı nəqliyyat dəhlizləri və enerji təhlükəsizliyi kimi məsələləri daha çox gündəmdə saxlayacaq".

Bu barədə “Report”a rusiyalı politoloq, “Siyasi və İqtisadi Komunikasiyalar Agentliyi”nin baş təhlilçisi Mixail Neijmakov bildirib.

“Sərdrliyin Azərbaycana keçməsi hərəkatın gündəmində iqtisadi məsələlərin artmasına gətirib çıxara bilər. Belə ki, 2003-2006-cı illərdə Malayziyanın sədrliyi dövründə də buna bənzər meyllər özünü göstərmişdi”, - ekspert deyib.

O, Qoşulmama Hərəkatının himayəsi ilə keçiriləcək tədbirlər zamanı nəqliyyat dəhlizləri və enerji təhlükəsizliyi kimi məsələlərə daha çox diqqət yetiriləcəyinin nəzərdə tutulduğunu söyləyib.

“Məntiqlə baxanda Qoşulmama Hərəkatının fəaliyyəti daha iddialı iştirakçıların statusunu artırmağa, koalisiyalar qurmağa, eyni zamanda kiçik üzv ölkələrin lobbiçilik imkanlarını genişləndirməyə yönəlməlidir. Bir sıra sədr sələflərindən fərqli olaraq Azərbaycan dünyanın ən nüfuzlu dövlətləri ilə qarşıdurmalara cəlb olunmadığından onunla tərəfdaşlıq əlaqələri bu cür kiçik üzv ölkələri üçün daha az risk deməkdir”, – M.Neijmakov vurğulayıb. 

Onun fikrincə, kiçik dövlətlər başqa beynəlxalq təşkilatların verdiyi qərarlara təsir göstərə bilər ki, bu da Azərbaycanın xeyrinədir: "Həmçinin Bakıda yeni-yeni beynəlxalq tədbirlərin, o cümlədən mötəbər idman yarışların da keçirilmə ehtimalı artır”.

Xatırladaq ki, oktyabrın 25-26-da Bakıda XVIII zirvə görüşü keçirilən Qoşulmama Hərəkatında sədrlik üçillik müddətə Azərbaycana keçib.

Reaksiya.az

Advertisement Banner

Şərhlər