Yeni gəlişmə: “Onlar Qarabağı da...” - Erməni yalanı onların arasını vurdu

“Amerika Senatının “erməni soyqırımı” qətnaməsini təsdiq edəcəyi gözlənilən idi”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin fikrincə, qondarma soyqırım layihəsinin qəbul edilməsinin bir neçə səbəbi var:

“Birinci səbəb o idi ki, Nümayəndələr Palatası “erməni soyqırım” qətnaməsini böyük səs çoxluğu – 405 səslə qəbul etmişdi. “Qətnaməyə” həm demokratlar, həm də respublikaçılar birgə səs vermişdilər, yəni erməni məsələsində bir-biri ilə mübarizə aparan iki partiya konsensus əldə etmişdilər.

İkincisi, baxmayaraq ki, Senatda respublikaçılar çoxluqdadırlar, onlar da Türkiyənin Rusiya ilə əməkdaşlığından, “S-400” raketlərinin alınmasından narazı idilər. Yəni demokratlar və respublikaçılar erməniləri sevdiklərinə görə məlum “qətnaməni” qəbul etməyiblər. Onların əsas hədəfi qəbul edilən “qətnamə” vasitəsilə Türkiyəni cəzalandırmaq idi”.

Elxan Şahinoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirdiyi fikirlərə də diqqət çəkib:

“Özləri çalıb, özləri oynayırlar” – bu sözlər Türkiyə Prezidenti Ərdoğana məxsusdur. Bu günə qədər onlarla dövlət “erməni soyqırımı” qətnaməsini qəbul edib. Bu Türkiyənin siyasətinə zərrə qədər də təsir etməyib. Amerika prezidenti Donald Tramp sənədi imzalaya da bilər, imzalamaya da.

Tramp Türkiyə ilə sıx münasibətlərin tərəfdarıdır. Ancaq Türkiyə “S-400” raketlərində geri addım atmadığına görə Trampın hansı qərar verəcəyini söyləmək çətnindir. Ancaq nə vaxtsa hansısa Amerika prezidenti erməni qətnaməsinə səs verəcək. Amerika bu cür siyasəti ilə Türkiyəni sürətlə itirir. Ərdoğanın yerində Türkiyədə hakimiyyətdə gələcəkdə kim olsa belə dərin yaralar alan Türkiyə-Amerika münasibətlərini yenidən strateji tərəfdaşlıq səviyyəsinə qaldırması çətin olacaq.

“Erməni soyqırımı” qətnaməsinə səs verən zehniyyət Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe sərgiləyə bilməz. Bu tək Amerikaya aid deyil, münaqişənin həlli ilə məşğulan olan digər iki həmsədr dövlət - Fransa və Rusiya parlamentləri də keçmiş illərdə eyni “qətnaməyə” səs verib”.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar