Buraxılış imtahanlarının taleyi necə olacaq? – Təhsil eksperti

04.06.2020 13:05     A-reaksiya     1458

Buraxılış imtahanlarının taleyi necə olacaq? – Təhsil eksperti

Buraxılış imtahanlarının taleyi necə olacaq? – Təhsil eksperti

"İmtahanların keçirilməsi vaxtının tez-tez dəyişməsi şagirdlərdə psixoloji gərginlik yaradacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov karantin qaydalarının sərtləşdirilməsi ilə əlaqədar olaraq, şənbə və bazar günləri Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarının taleyi ilə bağlı sualı cavablandırarkən deyib. Ekspert qeyd edib ki, hər məktəbdə imtahan verəcək şagirdlərin sayı çox azlıq təşkil edəcək:
 
"Mart ayından keçirilməsi nəzərdə tutulan buraxılış və qəbul imtahanları uzun fasilədən sonra iyun ayının 6-dan etibarən keçirilməyə başlayacaq. Amma 3 iyunda ölkədə koronavirusa yoluxma sayının 300-ü ötməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın şənbə və bazar günləri keçirilməsi nəzərdə tutulan bütün imtahanları təxirə salmağa məcbur edir. Amma düşünürəm ki, buna ehtiyac yoxdur. Birincisi, ÜST-ün və digər qurumların məlumatına görə, uşaqlar virusa yoluxma həssaslığı ən az olan qrupa daxildir. Əgər sanitar epidemioloji qaydalara əməl olunsa, imtahanların təşkil edilməsi mümkündür. İkincisi, yeni qaydalara görə, hər bir şagird buraxılış imtahanlarını öz rayonunda, hətta Bakı şəhəri üzrə öz məktəbində verəcək. Bu zaman da imtahanlarda kütləvilik müşahidə olunmayacaq. Hər məktəbdə imtahan verəcək şagirdlərin sayı çox azlıq təşkil edəcək. Üçüncüsü, bütün bölgələr üçün eyni zamanda imtahan keçirilmir. İmtahanlar yalnız bir neçə rayonu əhatə etdiyi üçün təxirə salmağa ehtiyac yoxdur. İmtahanların keçirilməsi vaxtının tez tez dəyişməsi şagirdlərdə psixoloji gərginlik yaradacaq”.
 

 

Şərhlər