Emin Ağalarov bu gün “Torqovı”da çıxış edəcək

19.12.2015 10:43     Artreaksiya     2196

Populyar müğənni və bəstəkar Emin Ağalarov dekabrın 19-da "Nargis" fondunun təşkilatçılığı ilə keçirilən "Soyuq Əllər, İsti Ürək: Mələklər" Yeni il xeyriyyə yarmarkasına qatılacaq.

Reaksiya.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, saat 20:30-da müğənninin avtoqraf-sessiyası, 21:00-da isə yarmarkanın səhnəsində çıxışı olacaq.

Xatırladaq ki, dekabrın 31-dək davam edəcək "Soyuq əllər, İsti ürək" xeyriyyə yarmarkasından əldə olunan vəsait ənənəyə uyğun olaraq müalicəyə və əməliyyata ehtiyacı olan uşaqlara sərf ediləcək.

Şərhlər