Özcan Denizin serialı da bitir - FOTO

19.12.2015 11:42     Artreaksiya     2168

Müğənni və aktyor Özcan Denizin İnstaqram hesabından paylaşdığı foto hər kəsi təəccübləndirib.

Reaksiya.az Axşam.az-a istinadən xəbər verir ki, o, rol aldığı "Kaderimin yazıldığı gün" serialının yaradıcı heyəti ilə foto çəkdirərək yazıb:

"Gözəl xatirələrlə ayrılacağımız bir iş... Bu, arxamda gördükləriniz mənim dəmirbaşlarım. İşlərini zəhmətlə ortaya qoyan bütün yaradıcı heyətə təşəkkür".

Bu açıqlama serialın bitəcəyi mənasını verdiyi üçün izləyicilər sosial mediada kədərləndiklərini ifadə ediblər. Amma rəsmi olaraq heç bir cavab verilməyib.

Şərhlər