"Nazirlikdən heç kim atamın yas mərasiminə gəlməyib" - Aktyorun oğlu

29.01.2016 21:06     Artreaksiya     2368

Akademik Milli Dram Teatrın aktyoru, əməkdar artist Ələsgər Məmmədoğlunun ölümündən 40 gün keçir. 
 
Mərhum aktyorun oğlu Ceyhun Məmmədov aznews.az-aaçıqlamasında bildirib ki, mərasim Bolluq bazarının yanında keçirilib: 
 
“Atamın sənət yoldaşları, dostları bu 40 gündə bizi tək buraxmadı. Cümə axşamlarında həmişə onu yad etdi. Elə bu gün də gəlib atamın məclisində iştirak edirlər”.
 
C.Məmmədov qeyd edib ki, Ə.Məmmədoğlunun dəfn və yas mərasimlərinə Mədəniyyət və Turizm Nazirliyindən heç bir dəstək olunmayıb:
 
“Mərasimlə bağlı bizə yardım edilməyib. Atam dünyasını dəyişən günü Təzə Pir Məscidində yuyulmasını “Azdrama” təşkil edib, vəssalam. Mədəniyyət və Turizm Nazirliyindən heç kimi görməmişik, atamın yas mərasiminə gəlməyiblər. “Azdrama”nın direktoru Azər Paşa Nemətov isə dəfn və 3 mərasimində bizdə olub.” 
 
Qeyd edək ki, aktyor 2014-cü ilin dekabrın 21-də xərçəng xəstəliyindən dünyasını dəyişib. Xatırladaq ki, Akademik Milli Dram Teatrı aktyorun dəfn xərcinin və yas mərasiminin bir qisminin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qarşılanacağı ilə bağlı məlumat vermişdi.

Şərhlər