"İlhamə dəfələrlə məni də şərləməyə çalışıb" - Aygün Kazımova - FOTOLAR

02.02.2016 20:11     Artreaksiya     1427

Müğənni Aygün Kazımova həmkarı İlhamə Quliyeva ilə onun köməkçisi Mehriban Hüseynovanın arasında yaşanan qalmaqala münasibət bildirib. 
 
Musavat.com xəbər verir ki, Aygün Kazımova İlhamə Quliyevanın barəsində "İnstagram" hesabında sərt ifadələr yazan Mehriban Hüseynovaya dəstək olub: "Allah hər kəsi İlhamə Quliyevanın şər-böhtanından qorusun. Məni də dəfələrlə şərləməyə çalışıb, amma alınmayıb. Mehriban xanım darıxmayın, möhkəm olun! Allah böyükdür. Haqq öz yolunu tapacaq. İlhamə Quliyevanı tanıyan, tanıyır".

Şərhlər

Çox oxunanlar