"O, ev üzü görməyəcək" - İlhamədən Çingiz Qənizadəyə cavab

04.02.2016 14:29     Artreaksiya     1321

“Adını çəkdiyiniz deputatın açıqlaması mənim üçün heç bir əhəmiyyət daşımır”. 

Bunu aznews.az-a açıqlamasında Xalq artisti İlhamə Quliyeva Milli Məclisin deputatı Çingiz Qənizdənin “İlhamə Quliyeva ilə bağlı Baş prokuror Zakir Qaralova müraciət edəcəyəm” sözlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, köməkçisi ilə arasında olan məsələlərə hüquqi nöqteyi-nəzərdən prokurorluq orqanları qərar verəcək: “Azərbayan güclü dövlətdir və onun öz qanunları var. Hüquq-mühafizə orqanları saat kimi çalışır və özləri də bu məsələni həll etməyə qadirdirlər. Heç kəsin kənardan bu işə müdaxilə etməsinə haqqı yoxdur. Çünki sübutlar, dəlillər dəqiq və həddindən artıq çoxdur”. 

İ.Quliyeva bildirib ki, M.Hüseynova etdiyi cinayətə görə həbs olunub və o, azadlığa çıxa bilməyəcək: “Hər şeyin üstü açılacaq. Onun-bunun deməyi ilə deyil ki... O, ev üzü görməyəcək. Günahı varsa cəzasını çəkməlidir”. 

Qeyd edək ki, Xalq artisti İlhamə Quliyeva ilə köməkçisi Mehriban Hüseynova arasında gedən məhkəmə prosesinə Milli Məclisin deputatı Cingiz Qənizadə də münasibət bildirib. Deputat ortada çox ciddi faktların olduğunu deyib. Həmçinin o, Mehriban Hüseynovanın saxlanılmasının tələsik qəbul edilmiş bir qərar hesab edib.

Şərhlər

Çox oxunanlar