Moskvada “Arşın mal alan” filminin ilk versiyası nümayiş olunub - FOTOLAR

06.02.2016 19:46     Artreaksiya     1266

Rusiya paytaxtında "Arşın mala alan" filminin 70 illiyi münasibəti ilə təntənəli gecə keçirilib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ümumrusiya Azərbaycan Konqresinin təşkilatçılığı ilə keçirilən tədbir Rusiya Kinematoqrafçılar İttifaqının Moskvadakı Kino Evində baş tutub. Gecədə Rusiya Kinoşünaslar və Kino Tənqidçiləri Gildiyasının prezidenti Kirill Razloqov Rusiya və Azərbaycan kino ustalarının əməkdaşlığından danışıb. O, dahi Üzeyir Hacıbəylinin ölməz əsəri əsasında çəkilmiş “Arşın mal alan” filminin dünya kinosunda xüsusi yerinin olduğunu söyləyib.

 

Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Abuzər Bağırov iştirakçılara Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib.

 

Daha sonra “Arşın mal alan” operettasının 1945-ci ildə görkəmli sənətçilər Rəşid Behbudov, Leyla Bədirbəyli, Lütfəli Abdullayev, Münəvvər Kələntərli və başqalarının iştirakı ilə çəkilmiş kino versiyası tamaşaçılara təqdim olunub.

Şərhlər