"Mən bunlara meydan oxuyuram" - Flora Kərimova

13.02.2016 18:21     Artreaksiya     1229

Xalq artisti Flora Kərimova səsinin olmaması ilə bağlı deyilənlərə cavab verib.
 
Axşam.az-ın məlumatına görə, müğənni "Star life" verilişində səsi ilə hər kəsə meydan oxuduğunu deyib: 
 
"4 çalarlı səsim var. Onun birinə çata bilmirsiniz. 75 yaşında ağılda da, səsimdə də, mənəviyyatımda da bunlara meydan oxuyuram. Mənə deyirlər ki, səsi yoxdur, oxuya bilmirəm? Elə qışqırıb, "Məndən yoxdur" deyirlər ki, adamın səsi batır. Ünvanıma deyirlər ki, bir dənə də məşhur mahnısı olmayıb. Buna nə etmək olar?".
 
F.Kərimova müğənni Xatun Əliyevanın "Məndən yoxdur" ifadəsinə də münasibət bildirib:
 
"Çıxıb deyirlər ki, "Məndən yoxdur, mən təkəm". Nə etsinlər, dövr bunu tələb edir. Yoxsa unudularlar. Xatun ifada çoxlarından üstündür. Amma deməməlidir ki, məndən yoxdur".
 

Şərhlər