Afaq: “İnsan səhv etmək üçün yaranıb” - FOTOLAR

19.02.2016 13:24     Artreaksiya     1587

"Əslində özümü o qədər də qlamur hesab etmirəm. Başqaları məni belə görür. Demək mən özümü güclü təqdim etməyi bacarıram”.


Bu sözləri Axşam.az-a açıqlamasında ATV-nin aparıcısı Afaq Gəncəli deyib. O, geyim tərzindən danışıb:

“O şan-şöhrətli sözləri özümə aid bilmirəm. Amma deyiləndə, xoşuma gəlir. Fərqli tərzdə geyinməyi sevirəm. Daha çox idman üslubunu xoşlayıram. Heç vaxt geyim barəsində stilistlərdən məsləhət almıram”.

A.Gəncəli müğənni Natavan Həbibi ilə barışmalarına münasibət bildirib:

“Bir neçə aydır biz barışmışıq. Aramızda kiçik inciklik olmuşdu. İndi hər şey yaxşıdır. Mən kin tutan deyiləm. Dostlarım da məni həmişə qınayırlar ki, bir az sərt ol. Kimsə nəsə edirsə, deyirəm, “İnsan səhv etmək üçün yaranıb”. Çalışaq, bu səhvləri təkrar etməyək”.

Aparıcı özünü aktrisa kimi sınamaq istədiyini deyib:

“Mən aktrisalığı oxumuşam. Çox film təklifi alıram. Amma istəyirəm ki, rejissorlar məni tamaşaçıya olduğum kimi təqdim etməsinlər. Hansısa bir mənfi obrazı canlandırım. Faiq Ağayevin klipində çəkiləndə şeytan və mələk obrazına girmişdim. Məndə şeytan daha yaxşı alınmışdı. Ən böyük arzum peşəkar aktyorlarla səhnəyə çıxmaqdır. Çünki mən peşəkarlardan dərs almışam”.

Şərhlər