"İlhamə Quliyevaya halallıq verirəm"

Xalq artisti "İnstagram"da yazdı - Kaş ki, olmayaydı...

"İlhamə Quliyevanı həmişəlik itirdik...". ANS PRESS-in məlumatına görə, bu sözləri son z amanlar İ.Quliyeva ilə aralarında anlaşılmazlıq olan xalq artistiAygün Kazımova öz "İnstagram" səhifəsində yazıb. 

Xalq artisti ilə fotosunu payalaşan Kazımova onun haqqında düşündüklərini qeyd edib. "O, bu gün torpağa tapşırılır və haqq dərgahına qovuşur. Bütün yaşananlara baxmayaraq onun ölüm xəbəri mənə çox pis təsir etdi. Vaxt var idi bir-birimizi çox istəyirdik, hörmət edirdik, sevgi ilə yanaşardıq. Son yaşananlar kaş ki, olmayaydı!!! Nə edim, haqsızlığa dözümüm yoxdur. Şəhid bacısının fəryadına dözə bilmədim!!! İlhamə Quliyeva bu gün torpağa tapşırılmadan öncə ona halallıq verirəm və inanıram ki, onun keçmiş köməkçisi Mehriban Hüseynova da onu bağışlayar, hallalığını verər, haqq-ədalət bərpa olar, Mehriban da azadliğa çıxar, ailesinə qovuşar!!! Allah böyükdür, Allah rəhmət elesin və bütün günahlarını bağişlasın, o dünyasını versin". 

Aygün Kazımovanın "İnstagram" səhifəsi
Aygün Kazımovanın "İnstagram" səhifəsi

Xalq artisti İ.Quliyeva ötən gün səhər saatlarında keçinib. Onun ürək çatışmazlığından öldüyü bildirilir. İfaçının meyiti tibbi ekspertizadan keçirilib. Götürülmüş analizlərinin cavabı 15 gündən sonra bəlli olacaq.

Adıçəkilən xalq artistləri arasında münasibətlərin gərginləşməsinə səbəb isə İ.Quliyevanın həbsdə olan keçmiş köməkçisi olub. Belə ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Mehriban Bəylər qızı Hüseynovanın məktubunu dərc edib. Həmin məktubda o, şəxsiyyət əleyhinə yönələn, işgəncə, alçaltma elementləri ilə zəngin səhnələrdən söhbət açıb. 

Bundan sonra Azərbaycanın xalq artisti Aygün Kazımova həmkarı İlhamə Quliyevaya qarşı ağır ittihamlar səsləndirib. O, Mehriban Hüseynovaya dəstək olub. İfaçının sözlərinə görə, İlhamə Quliyeva əvvəl ona şər-böhtan atmaq istəyib: "Allah hər kəsi İlhamə Quliyevanın şər-böhtanından qorusun. Məni də dəfələrlə şərləməyə çalışıb, amma alınmayıb. Mehriban xanım darıxmayın, möhkəm olun! Allah böyükdür. Haqq öz yolunu tapacaq. İlhamə Quliyevanı tanıyan, tanıyır".

 

Advertisement Banner

Şərhlər