Flora İlhamə haqda: "Ona kinim soyumaz"

27.02.2016 12:07     Artreaksiya     1525

Xalq artisti Flora Kərimova illərdir küsülü olduğu mərhum həmkarı İlhamə Quliyevadan danışıb. 
 

Reaksiya.info-nun  big.az-a istinadən xəbərinə görə, "20 gün susacam, İlhamə Quliyeva haqqında danışmayacağam" deyən F.Kərimova sözlərinə əməl etməyin. O, mərhum haqqında bunları deyib:

"Mən İlhamənin nə var idisə, hər şeyi üzünə demişəm. Arxasınca danışmaq mənə yaraşmaz. Ancaq bir söz deyim, İlhamə o qədər insanlara pislik edib ki, ölsə belə adamın ona kini soyumaz".

Qeyd edək ki, İ.Quliyeva fevralın 25-də dünyasını dəyişib.

Şərhlər