Tanınmış musiqiçi Kit Emersonun ölümündə intihar versiyası

12.03.2016 16:28     Artreaksiya     1380

Tanınmış musiqiçi, proqressiv-rokun əfsanəsi, ELP (Emerson, Lake and Palmer) qrupunun pianoçusu Kit Emerson vəfat edib.

Gün.Az Euronews telekanalına istinadla xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatındakı Santa-Monika şəhərinin polisi musiqiçinin martın 10-da başından aldığı güllə yarası nəticəsində öldüyünü bildirib. Təhqiqat intiharı əsas versiya kimi araşdırır.

Xatırladaq ki, Böyük Britaniyada anadan olan Emersonun 71 yaşı var idi. O, 70-ci illərdə müxtəlif janrlarda bir çox müasir musiqiçiyə təsir göstərən ELP qrupu ilə məşhurlaşmışdı.

Şərhlər