Azərbaycan xalq artistinin ikinci ayağı da amputasiya olunub

24.03.2016 14:08     Artreaksiya     1599

Muxtar Maniyev xəstəxanadan evə buraxılıb.

Xalq artisti Muxtar Maniyev xəstəxanadan evə buraxılıb. Azərbaycanın məşhur aktyorunun həkimi İlqar Namazov ANS PRESS-ə bildirib ki, xalq artistinin sağ ayağı kəsilib.

"Aktyorun ötən il sol, bu il isə sağ ayağı kəsilib".

Topçubaşov adına Elmi Tədqiqat Cərrahiyyə İnstitutunun həkiminin sözlərinə görə, aktyorun səhhəti stabilləşsə də hələ də ağır olaraq qalır: "3 gün əvvəl xəstə evə buraxılıb. Yaraları sağalırdı. Vəziyyəti yaxşı idi burada, qohumlarının istəyi ilə  xəstə evə buraxılıb. Ötən il sol ayağı topuqdan aşağı, bu il isə sağ ayağı dizdən yuxarı hissəyədək amputasiya olunub".

Muxtar Maniyevin xəstəxanada olan fotosu
Muxtar Maniyevin xəstəxanada olan fotosu

Bir müddət əvvəl Xalq artisti Muxtar Maniyevin vəziyyəti pisləşib və reanimasiyaya yerləşdirilib. Aktyora sağ aşağı ətraflarında trofik xorası diaqnozu qoyulub.  Bundan başqa, o, şəkərli diabet, mikro- və makro-angipotia, artiskleroz və ensofolopotiya diaqnozlarından əziyyət çəkir.

Muxtar Maniyev 1935-ci ildə Bakıda doğulub. Kino aktyoru, Azərbaycanın xalq artistidir. O, 157 filmə çəkilib. Muxtar Maniyevin kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb. Çox keçmədən ardınca "Koroğlu" filminə çəkilib. "İnsan məskən salır" filmində Muxtarın qəhrəmanı ekranda az görünsə də filmin konflikti məhz onun üzərində qurulub.

Aktyorun bütün rollarını xatırlatmaq fikrində deyilik. Lakin bir məsələni xüsusi vurğulamaq lazımdır ki, 40 ildən artıq yaradıcılığı dövründə Muxtar müəllim milli kinomuz üçün qiymətli obrazlar yaradıb. Bu qəhrəmanlar kinomuzda özünəməxsus yeri olan sənət nümunələridir.

"Koroğlu" filmi
Muxtar Maniyev - xalq artisti
Muxtar Maniyev - xalq artisti

 

Şərhlər