Muxtar Maniyev reanimasiyadan niyə birbaşa evə aparıldı?

28.03.2016 15:55     Artreaksiya

Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən xalq artisti Muxtar Maniyev xəstəxanadan evə buraxılıb.

 

Aktyorun səhhəti nisbətən stabilləşsə də, həkim nəzarəti altında müalicəsini davam etdirir.

 

Bu barədə Publika.az-a xalq artistinin oğlu Tural Maniyev məlumat verib: “Atamın vəziyyəti nisbətən stabilləşdi və biz qərara aldıq ki, onu evə aparaq. Xəstəxanada qalmağın mənası da yoxdur. Ev şəraitində həkimlər onun səhhətini nəzarətdə saxlayacaq”.

 

Onu da öyrəndik ki, aktyor az-az qida qəbul edir, amma huşu tam aydın deyil.

 

M. Maniyev ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkir. 2015-ci il avqustun 11-də xalq artistinin sağ ayağı, bu günlərdə isə sol ayağı  Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunub.

Advertisement Banner

Şərhlər