Məşhur aktrisa 4 günə 3 milyon dollar qazandı

02.05.2016 23:14     Artreaksiya

Aktrisa filmdə aldığı rol üçün günə 750 min dollar istəyib.

Dünya şöhrətli aktrisa Culiya Roberts 4 gün ərzində 3 milyon dollar (4 milyon 521 min AZN) qazanıb. ANS PRESS-in məlumatına görə, aktrisa “Analar günü” filmində rol aldığı üçün günə 750 min dollar varlanıb. Dünyanın ən çox gəlir əldə edən aktrisa film çəkilişlərində 4 gün işləyib.

Məlumata görə, “Analar günü” filmi o qədər də uğurlu alınmayıb. Kinotənqidçilər aktrisanın ifa etdiyi rola məyus olublar. Aktrisa 2000-ci ildə “Erin Brokoviç” filmində əsas roluna görə 20 milyon dollar əldə edib.

"Analar günü" filmin anonsu

Bir müddət əvvəl məlumat yayılıb ki, məşhur amerikalı aktrisa Culiya Roberts dördüncü dəfə ana olacaq. Aktrisa ailəsini dağılmaqdan xilas etmək üçün hamilə qalıb. Bu barədə onun ailəsinə yaxın olan mənbə məlumat yayıb. Məlumata görə, Culiya Roberts son zamanlar çox emossional olub. O dəfələrlə səbəbsiz yerə əsəbləşib özündən çıxıb. Bu halın isə hamiləliyi ilə bağlı olduğu bildirilir. 

1967-ci ildə anadan olan Culiya Roberts 1990-cı illərdə tanınmağa başlayıb. Bu məşhurluq isə ancaq onun yaradıcılığı ilə deyil, həm də qalmaqallı şəxsi həyatı ilə bağlı olub.Aktrisanın eşq həyatı yaşadığı məşhurlar arasında Kifer SazerlendMetyu PerriLiam NisonDaniel Dey-Lyuis və Benjamin Brettinin adlarını çəkmək olar. C. Robertsin birinci nikahı aktyor və müğənni Layl Lovetti ilə olub. 1993-cü ildə bağlanan nikah 2 ildən az sürüb. Culiya 4 iyul 2002-ci ildə kinooperator Deniel Moder ilə ailə qurub. 

Culiya Roberts və onun həyat yoldaşı
Culiya Roberts və onun həyat yoldaşı

2004-cü ildə cütlüyün əkizləri - Hezel Patrişa və Finneas Uolter doğulub.  3 ildən sonra onların üçüncü övladı - oğlu Henri Daniel Moderi dünyaya gəlib. Bununla da Culiya Hollivudun çoxuşaqlı anaları sırasına daxil olub. Aktrisa bir çox filmdə rol alsa da məşhurluq gətirən “Polad maqnoliya” (Steel Magnolias) filmindəki rolu olub. Bu rola görə aktrisa “Qızıl qlobus” mükafatını qazanıb və “İkinci planda ən yaxşı aktrisa” kateqoriyasına görə “Oskar” mükafatına layiq görülüb. 1990-cı ilin 23 martında ekranlara çıxan "Gözəlçə" Robertsə “Ən yaxşı aktrisa” kimi növbəti “Oskar” qazandırıb.

 

Advertisement Banner

Şərhlər