"Eurovision" Ermənistanın təxribatına münasibət bildirdi

17.05.2016 16:48     Artreaksiya

Avroviziya təşkilatçılarına ünvanlanan petisiya artıq 200 min səs toplayıb.

Ermənistan daha bir təxribata əl atmaqda davam edir. ANS-in məlumatına görə, İrəvanda yaşayan Artur Ohanesyan Avroviziya-2016müsabiqəsinin nəticələrinə yenidən baxılması tələbi ilə petisiya başladıb. Avroviziya təşkilatçılarına ünvanlanan petisiya artıq 200 min səs toplayıb.

"Bu gün baxılacaq və Avropa Yayım Birliyinin qərarı bir müddətdən sonra açıqlanacaq".

Petisiyanın yaranma günündən etibarən Rusiya mətbuatı ermənilərin təxribatını sürətlə yaymağa başlayıb. Change.org saytında yerləşdirilən petisiya hüquqi status daşımır. Məlumatda deyilir ki, Avroviziyada münsiflər heyətinin iş qrafiki çətin olduğundan qalibi düzgün seçə bilməyiblər və səsvermə yenidən keçirilməlidir.  

Petisiya haqqında  Avroviziya təşkilatçıları xəbərdar olduqlarını deyiblər. “Bizim petisiyadan məlumatımız var. Bu gün baxılacaq və Avropa Yayım Birliyinin qərarı bir müddətdən sonra açıqlanacaq”. Buna baxmayaraq Avroviziyanın mətbuat katibi Pol Cordan səsverməyə yenidən baxılacağına çox az şans olduğunu deyib.

Camala - "1944"

Mayın 14-də baş tutan "Eurovision-2016" mahnı müsabiqəsinin qalibi Ukrayna təmsilçisi Camala olub. Onun ifa etdiyi “1944” adlı mahnı 534 səs toplayıb. Mahnı təxminən 200 min Krım tatarının 1944-cü ildə Stalin tərəfindən yurdlarından sürgün edilməsindən bəhs edir, nəqarət hissəsi türk dilindədir, söz və musiqisi ifaçıya məxsusdur. 

Bir müddət əvvəl, Ermənistanda müsabiqənin yayım hüququna malik telekanal ikinci yarımfinalda Ukraynanı təmsil edən Camalanın ifası zamanı efiri kəsib.  Buna səbəb isə müğənninin "1944" mahnısının nəqarətini tatarca oxuması olub. Camalanın mahnısının nəqarətinda Krım türkcəsində oxuduğu zaman ekran qaralıb və yalnız Norveç təmsilçisi səhnəyə çıxandan sonra yayım bərpa olunub. Bu isə Avropa Yayım Birliyinin (AYB) qaydalarına ziddir. 

 

Advertisement Banner

Şərhlər