Mətanət: “Həyat məni sındırdı”

23.05.2016 15:46     Artreaksiya     1517

Haqqımda çox şey danışırlar. Deyirlər ki, övladı olmur. Yalandır. İnsanın həyatında düzgün, halallıqla kimsə olar ki, uşaq dünyaya gətirəsən. Bir gün görüşməklə ondan-bundan uşağımın olmasını istəmirəm.

 

Reaksiya.info xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova “ATV maqazin onlarla” verilişində şəxsi həyatı haqda danışarkən deyib. O, normal münasibət qurmaq istəyini bildirib:

 

“Səhhətimdə problem yoxdur, ana ola bilərəm. İkinci Mətanəti tapmamışam: düzgün, təmizkar, Allahı tanıyan. “Aldım, gətirdim, səni saxladım”, - olmaz. Heyvanı da saxlayırlar. O mənim atam-anam, dünyam olmalıdır. Həm də pulsuz kişi qadının yanında nə gəzməlidir? Bilirəm, cavanlığım gedir, az qalıb. Bir-iki ilə bunları reallaşdırmalıyam. Həyat məni sındırdı, uyğun olmadığım biri ilə qarşılaşdırdı. Ona görə də mənim ilk ailə həyatım alınmadı”.

Şərhlər