"Bütün vacib işlərimi atıb, boksla məşğul oluram"

04.06.2016 16:48     Artreaksiya     1608

Aşıq Əli Tapdıqoğlu yeni hobbisini açıqlayıb. 

Axşam.az-ın məlumatına görə, aşıq boksla məşğul olduğunu bildirib:
 
"Məşqçim beynəlxalq dərəcəli hakim Emin Qurbanəliyevdir. Elə vaxt olur ki, bütün vacib işlərimi atıb, boksla məşğul oluram. İdmana bağlılığım var. Həm də futbol azerkeşiyəm. Boş vaxtlarımızda sənət dostlarımla yığışıb futbol oynayırıq. Futbola ayıracağımız xüsusi günlərimiz var. Həmin gün hər kəs işlərini təxirə salır. Futbol yarışlarını da mütləq izləyirəm. Sosial şəbəkədə də bununla bağlı tez-tez paylaşımlar edirəm".

Reaksiya.info

Şərhlər