Xalq artisti qızının qalmaqallı fotosu haqda - "Erməni olsaydı..."

13.08.2016 00:09     Artreaksiya     1446

“Məqsəd onu gözdən salmaq, işinə zərbə vurmaqdır”.

 
Axşam.az xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında xalq artisti Ramiz Novruzov qızı, tanınmış stilist Şəfəq Novruzovanın erməni əsilli olduğu iddia edilən məşhur stilist Georgi Kotla münasibətindən danışarkən söyləyib.
 
Xalq artisti Georgi Kotun iddia edildiyi kimi erməni olmadığını, abxaz əsilli olduğunu bildirib:
 
“Georgi Kotun erməni olması ilə bağlı deyilən bütün sözlər yalandır. O, abxaz əsillidir və bunu özü də dəfələrlə dilə gətirib. O, erməni olsaydı, qızıma deyərdim ki, ayağını qır, otur yerində. Georgi məşhur stilistdir və Şəfəq ondan çox şey öyrənib. Bu gün Azərbaycanın bu sahədə təmsil edən çox azsaylı insan var. Onlar içində ən öndə gedənlərdən biri də mənim qızımdır”.
 
R.Novruzov bütün bu xəbərlərin qızına qarşı qarayaxma kampaniyası aparan insanların işi olduğunu deyib:
 
“Şəfəq öz işində çox böyük naliyyətlər əldə edib və bunu heç bir şey edə bilməyən insanlar götürə bilmirlər. Məqsəd onu gözdən salmaq, işinə zərbə vurmaqdır. Onun yaradıcılığı Azərbaycanın bu sahədə təmsil etməyə yetəcək gücdədir”.
 
Qeyd edək ki, bir müddət əvvəl adı erməni stilistlə birgə hallanan xalq artistinin qızı yenidən qalmaqala səbəb olacaq foto paylaşıb. Şəfəq Novruzova erməni olduğu iddia edilən Georgi Kotla çəkdirdiyi şəkilləri yenidən sosial şəbəkədə yayımlayaraq, onu özünün ustadı hesab edib.
 
 

Şərhlər