Atilla Taş: “Bilsəydim, salam verməzdim”

04.09.2016 00:48     Artreaksiya     1516

FETÖ istintaqı çərçivəsində həbs edilən müğənni və köşə yazarı Atilla Taş ifadə verib.
 
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Terror təşkilatına bilərək və istəyərək yardım etmək" maddəsi ilə haqqında cinayət işi açılan Atilla Taş, köşə yazıları yazdığı "Meydan" qəzetinin FETÖ-nün nəzarətində olduğunu bilmədiyini deyib:
 
"Qəzetin rəhbəri Levent Kenez mənə qəzetdə işləməyi təklif etmişdi. Ona Atatürkçü olduğumu demişdim. O da qəzetin daha çox şou-biznes üzrə çalışacağını bildirmişdi. Buna görə təklifi qəbul etmişdim. Əgər bu qəzetdə çalışdığım üçün günahkar hesab edilirəmsə, mənim dövlətim silahlı terror təşkilatının qəzet çıxarmasına niyə icazə verib? Əgər qəzetin FETÖ nəzarətində olduğunu bilsəydim qəzetdə çalışmaz, hətta onlara salam verməzdim".
 
Qeyd edək ki, dünən FETÖ istintaqı çərçivəsində aralarında Atilla Taşın da olduğu 8 media nümayəndəsi həbs edilib.
 
 

Şərhlər