Ukraynalı yazıçı Roman İvançuk öldü

18.09.2016 09:44     Artreaksiya

Ukraynalı yazıçı, siyasi və ictimai xadim, Ali Radanın deputatı (1990-1994), Ukrayna qəhrəmanı Roman İvanıçuk 88 yaşında vəfat edib.
 
“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, bu barədə Lvov Şəhər Şurasının saytı məlumat yayıb.
İvanıçuk Lvovun Lıçakovski qəbiristanlığında dəfn olunacaq.
 
Roman İvanıçuk 27 may 1929-cu ildə Traç kəndində (hazırda İvano-Frankovski vilayətinin Kosovski rayonu) dünyaya gəlib. 1948-ci ildə Lvov Universitetinin Ukrayna filologiyası fakültəsinə daxil olub. 1949-cu ildə oradan xaric edilib. O, 3 il Azərbaycanda hərbi xidmətdə olub və 1953-cü ildə universitetə bərpa olunub və 1957-ci ildə oranı bitirib.
 
1958-ci ildə onun ilk novellalar toplusu çapdan çıxıb.
 
Yazıçının aktivində 20 tarixi roman var. Onun əsərləri fransız, rus və digər dillərə tərcümə olunub.
 
 
Advertisement Banner

Şərhlər