Bakıda İndoneziya Mədəniyyət Festivalı keçiriləcək

05.11.2016 11:53     Artreaksiya

Bakıda ilk İndoneziya Mədəniyyət Festivalı keçiriləcək.

 

İndoneziyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, festival noyabrın 19-20-də təşkil ediləcək. Tədbirdə İndoneziya mədəniyyətinin müxtəlifliyi nümayiş olunacaq. Festivalda İndoneziyanın müxtəlif bölgələrindən gələn musiqi qrupları tərəfindən rəqs və musiqilər ifa ediləcək.

 

Festival Muğam Mərkəzində baş tutacaq. 

Advertisement Banner

Şərhlər